"Qara qitə" ən yaxşılarını müəyyənləşdirdi

"Qara qitə" ən yaxşılarını müəyyənləşdirdi

Dekabrın 11-də Mərakeşdə 2023-cü ilin «ən yaxşıları»nın mükafatlandırma mərasimi olub. İlin ən yaxşı afrikalı futbolçusu nominasiyasında "Napoli"nin hücumçusu Viktor Osimhen bütün rəqiblərini qabaqlayıb.

Onun əsas rəqibləri "Liverpul"un hücumçusu Məhəmməd Salah və PSJ-nin müdafiəçisi Əşrəf Hakimi olub.

«Qara qitə»də ən yaxşı məşqçi nominasiyasında Mərakeş yığmasını 2023-cü ildə Qətərdə keçirilən dünya çempionatında yarımfinala çıxaran Valid Reqraqi olub. Ən yaxşı qapıçı kimi “Əl-Hilal”ın mərakeşli futbolçusu Yasin Bounu seçilib.