Yunanıstan növbəti iki ay ərzində oyunlar boş tribunalarda keçiriləcək. Ölkədə azarkeşlərin futbol stadionlarına getməsini qadağan olunub. Bu barədə ölkə hökumətinin rəsmi nümayəndəsi Pavlos Marinakis məlumat verib. Bu qərar fan qruplarının zorakılığını dayandırmaq üçün bir tədbir olaraq qəbul edilib.
“Yunanıstan çempionatının bütün oyunları yaxın iki ay ərzində, yəni fevralın 12-dək bağlı qapılar arxasında keçiriləcək. Bu tədbir, həmçinin birinci peşəkar kateqoriyanın müvafiq komandalarının daxil olduğu Super Liqa 2 komandalarının ev oyunlarına da aid ediləcək.
Beləliklə, stadionda azarkeşsiz ilk oyun “Olimpiakos”un Avropa Liqasında dekabrın 14-də Serbiyanın “Baçka Topola” komandası ilə ev oyunu olacaq.