Həlledici görüşün hakimləri müəyyənləşib

Həlledici görüşün hakimləri müəyyənləşib

Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda keçiriləcək "Qarabağ" - "Hekken" (İsveç) oyunu üçün hakim təyinatları açıqlanıb. Matçı Albaniya Futbol Federasiyasından  Yucin Caya idarə edəcək. Ona Doyando Miftari və Rejdi Avdo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Olsion Yzeiraj yerinə yetirəcək. VAR-da italiyalı Luka Payretto və Valerio Marini yer alacaq.

Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Hekken” görüşü saat 21:45-də başlayacaq.