Ali futbol qurumunun rəhbəri hakimə qarşı hücumu pislədi

Ali futbol qurumunun rəhbəri hakimə qarşı hücumu pislədi

FİFA prezidenti Canni İnfantino türkiyəli futbol hakimi Halil Umut Melerə qarşı hücumdan danışıb. İtaliyalı funsioner hakimə qaşı hücumu pisləyib.

"Hakimlər olmasa, futbol da olmaz. Hakimlərin, oyunçuların, azarkeşlərin və texniki heyətin təhlükəsizliyi təmin edilməli və onların bu oyundan həzz alması təmin edilməlidir. Mən aidiyyatı qurumları bunun həyata keçirilməsini və bu şəxslərə bütün səviyyələrdə hörmət edilməsini təmin etməyə çağırıram”, - deyə C.İnfantino bildirib.

Qeyd edək ki, dünən Türkiyə Superliqasının 15-ci turu çərçivəsində “Çaykur Rizəspor”la ev oyunundan sonra “Ankaragücü” klubunun prezidenti Faruk Koca matçın baş hakimi Halil Umut Melerə hücum edərək onu döyüb.