Zlatan yenidən "Milan"a qayıdıb

Zlatan yenidən "Milan"a qayıdıb

Zlatan İbrahimoviç yenidən "Milan"a qayıdıb. O klubusahibi olan “RedBird Capital Partners”in idman, media və əyləncə investisiya portfelinin idarəedici partnyoru təyin edilib.

Zlatan bundan başqa “Milan” rəhbərliyinin baş məsləhətçisi vəzifəsini icra edəcək. Şirkətdən verilən məlumata görə, o, sahibkarlarla və rəhbərliklə sıx koordinasiyada işləyəcək, idman və biznes əməliyyatlarında fəal iştirak edəcək.

Xatırladaq ki, İbrahimoviç futbolçu karyerasını ötən yay “Milan”da başa vurub.