“Toyota” Dünya Dözümlülük Çempionatı (WEC) və Ralli Çempionatı (WRC) üçün avtomobillərin rənglərini dəyişdirmək qərarına gəlib. Yaponiya yarış komandasının mətbuat xidmətinin məlumatına görə, gələn il “Toyota”lar tutqun qara rəngdə olacaqlar. Bildirilir ki, yeni rəng təkcə WRC və WEC-də deyil, həm də Toyota-nın iştirak etdiyi digər yarışlarda da istifadə olunacaq. Əvvəllər Formula 1-in keçmiş pilotu, hazırda “Toyota” sistemində çalışan Kazuki Nakajima bildirib ki, şirkət “Royal Racinq”ə qayıtmaq məqsədi daşımır. Qeyd olunub ki, onlar Formula 1-ə düşmək istəyən gənc sürücülərə yardım göstərəcəklər.
“Toyota”ların rəngi dəyişdi - FOTO