Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu turun oyunları keçiriləcək.
Turun İlk oyun günündə A, B, C və D qruplarında 8 oyun təşkil olunacaq. Günün maraqla gözlənilən oyunlarından biri Danimarkada baş tutacaq. "Kopenhagen" komandası Türkiyənin "Qalatasaray" klubu ilə qarşılaşacaq. "Aslanlar"a növbəti mərhələyə vəsiqə qazanmaq üçün mütləq qələbə lazımdır.
Qeyd edək ki, bu qruplarda “Bavariya”, “Arsenal”, PSV, “Real”, “İnter” və “Zaltsbuq” növbəti mərhələyə vəsiqəni əvvəlki turlarda təmin edib.
Çempionlar Liqası Qrup mərhələsi, VI tur
12 dekabr
A qrupu
00:00. “Mançester Yunayted” (İngiltərə) – “Bavariya” (Almaniya)
00:00. “Kopenhagen” (Danimarka) – “Qalatasaray” (Türkiyə)
B qrupu
21:45. “Lans” (Fransa) – “Sevilya” (İspaniya)
21:45. PSV (Niderland) – “Arsenal” (İngiltərə)
C qrupu
00:00. “Napoli” (İtaliya) – “Braqa” (Portuqaliya)
00:00. “Union” (Berlin, Almaniya) – “Real Madrid” (İspaniya)
D qrupu
00:00. “İnter” (İtaliya) – “Real Sosyedad” (İspaniya)
00:00. “Zaltsburq” (Avstriya) – “Benfika” (Portuqaliya)