Çempionlar Liqası: “Qalatasaray” mübarizəni Avropa Liqasında davam etdirəcək

Çempionlar Liqası: “Qalatasaray” mübarizəni Avropa Liqasında davam etdirəcək

UEFA Çempionlar Liqasının qrup mərhələsində VI turun oynlarına start verilib. Sonuncu turun ilk oyun günündə 8 qarşılaşma təşkil olunub. Turun maraqla gözlənilən oyunu Daimarkada baş tutub. A qrupunda yer alan Türkiyənin “Qalatasaray” klubu Danimarkada “Kopenhagen”in qonğı olub. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb -1:0. “Aslanlar” bu məğlubiyyətdən sonra turnirlə vidalaşıblar. Qrupu üçüncü pillədə başa vuran “Qalatasaray” mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

Almaniyanın “Bavariya” klubu isə İngiltərədə “Mançester Yunayted”lə qarşılaşıb. Bundestim təmsilçisi matçda minimal hesablı qələbə qazanıb -0:1. Evdə "Bavariya"ya eyni hesabla məğlub olan "Mançester Yunayted" isə avrokuboklarla vidalaşıb.

 

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

12 dekabr

 

A qrupu

 

“Mançester Yunayted” (İngiltərə) – “Bavariya” (Almaniya) - 0:1

“Kopenhagen” (Danimarka) – “Qalatasaray” (Türkiyə) - 1:0

 

Xal durumu: “Bavariya” – 13, “Kopenhagen” – 8, “Qalatasaray” – 5, “Mançester Yunayted” - 4.

 

B qrupu

“Lans” (Fransa) – “Sevilya” (İspaniya) - 2:1

PSV (Niderland) – “Arsenal” (İngiltərə) - 1:1

 

Xal durumu: “Arsenal” – 13, PSV – 9, “Lans” – 8, “Sevilya” - 2.

 

C qrupu

“Napoli” (İtaliya) – “Braqa” (Portuqaliya) - 2:0

“Union” (Berlin, Almaniya) – “Real Madrid” (İspaniya) - 2:3

 

Xal durumu: “Real” – 18, “Napoli” – 10, “Braqa” – 4, “Union” - 2.

 

D qrupu

“İnter” (İtaliya) – “Real Sosyedad” (İspaniya) - 0:0

“Zaltsburq” (Avstriya) – “Benfika” (Portuqaliya) - 1:3

 

Xal durumu: “Real Sosyedad” – 12, “İnter” – 12, “Benfika” - 4, “Zaltsburq” – 4.