Çempionlar Liqası: bu gün pley-offun bütün iştirakçıları müəyyənləşəcək

Çempionlar Liqası: bu gün pley-offun bütün iştirakçıları müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulacaq. Turun sonuncu oyun günündə 4 qrupda 8 qarşılaşma təşkil olunacaq. Bu oyunlardan sonra Cempionlar Liqasının pley-off mərhələsinə və mübarizəni Avropa Liqasında davam etdirəcək komandaların adlarına aydınlıq gələcək.

E qrupunda bütün yerlərin sahibi bilindiyi üçün matçlar formal xarakter daşıyacaq.

F qrupunda isə 1/8 final mərhələsinə vəsiqə uğrunda üç komandanın şansı var. Bunlar Fransanın PSJ, İngiltərənin “Nyukasl” və İtaliyanın “Milan” kollektivləridir.

Qeyd edək ki, artıq “Bavariya”, “Borussiya” (Dortmund), “Leyptsiq” (hamısı Almaniya), "Kopenhagen" (Danimarka), “Arsenal”, “Mançester Siti” (hər ikisi İngiltərə), PSV (Niderland), “Real Madrid”, “Barselona”, “Real Sosyedad”, “Atletiko” (hamısı İspaniya), "Napoli", “İnter” və “Latsio” (hər ikisi İtaliya) komandaları 1/8 finala vəsiqə qazanıblar.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

13 dekabr

E qrupu

00:00. "Atletiko" (İspaniya) - "Latsio" (İtaliya)

00:00. "Seltik" (Şotlandiya) - “Feyenoord” (Niderland)

 

Xal durumu: “Atletiko” – 11, “Latsio” – 10, “Feyenoord” – 6, “Seltik” - 1.

 

F qrupu

00:00. “Borussiya” (Dortmund, Almaniya) - PSJ (Fransa)

00:00. “Nyukasl” (İngiltərə) - “Milan” (İtaliya)

 

Xal durumu: “Borussiya” – 10, PSJ – 7, “Nyukasl” – 5, “Milan” – 5.

 

G qrupu

21:45. “Srvena Zvezda” (Serbiya) - “Mançester Siti” (İngiltərə)

21:45. “Leyptsiq” (Almaniya) - Yanq Boyz” (İsveçrə)

 

Xal durumu: “Mançester Siti” – 15, “Leyptsiq” – 9, “Yanq Boyz” – 4, “Srvena Zvezda” – 1.

 

H qrupu

00:00. “Antverpen” (Belçika) - “Barselona” (İspaniya)

00:00. “Portu” (Portuqaliya) - “Şaxtyor” (Donetsk, Ukrayna)

 

Xal durumu: “Barselona” – 12, “Portu” – 9, “Şaxtyor” – 9, “Antverpen” - 0.