Madrid "Real”ının baş məşqçisi Karlo Ancelotti "Union Berlin"lə qalib gələrək (3:2), Çempionlar Liqasında qazandığı matçların sayına görə klubun lideri olub.Ancelotti "Los Blancos"un keçmiş baş məşqçisi Migel Munyozu qabaqlayıb, eyni zamanda Madridin baş məşqçisi kimi daha az oyun keçirib - 56-ya qarşı 71. İtalyan mütəxəssis avrokuboklarda 42-ci qələbəsini qazanıb.
Xatırladaq ki, “Real” Çempionlar Liqasının C qrupunda keçirilən altı oyunun hamısında qalib gəlib. Madrid klubu əvvəlki dəfə 2014/2015 mövsümündə belə nəticə əldə edə bilib. Həmin mövsüm komanda “Bazel”, “Ludoqorets” və “Liverpul”la eyni qrupda bütün rəqiblərini qabaqlayıb.
Qeud edək ki, “Real” 18 xalla C qrupunda birinci, İtaliyanın “Napoli” klubu isə 10 xalla ikinci pillədə yer alaraq, turnirin pley-off mərhələsinə yüksəlib.
Xatırladaq ki, “Real”ın növbəti görüşü La Liqa çərçivəsində “Vilyarreal”a qarşı olcaq. Qarşılaşma dekabrın 17-də keçiriləcək.