Prezident Kubokunda iştirak edəcək komandaların adları açıqlanacaq

Prezident Kubokunda iştirak edəcək komandaların adları açıqlanacaq

Dekabrın 15-24-də Binə Atçılıq Mərkəzində çövkən üzrə Prezident Kuboku yarışı keçiriləcək. Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarışda iştirak edəcək komandaların adları açıqlanıb. Turnirdə “Sərhədçi-Dilbaz”, “Şirvan”, “Sərhədçi-Qarabağ”, “Zəfər”, “Polad”, “Embavood”, “Köhlən” və “Omar” çövkən komandaları qüvvələrini sınayıblar. Səkkiz kollektiv hərəsində dörd komanda olmaqla iki qrupda mübarizə aparacaq.

Qrup oyunlarının nəticələrinə əsasən, ilk iki pilləni tutan komandalar yarımfinala yüksələcəklər.

Dekabrın 15-də start götürəcək yarışın təntənəli açılış mərasimi saat 15:00-da keçiriləcək.