"Sevilya" Çempionlar Liqasını antirekordla tamamladı

"Sevilya" Çempionlar Liqasını antirekordla tamamladı

İspaniyanın "Sevilya" klubu Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda Fransanın "Lans" klubuna uduzaraq (1:2), B qrupunda sonuncu yeri tutub. “Opta”nın məlumatına görə, “Əndəlus” təmsilçiləri 2 xal toplayıblar. “Sevilya” Çempionlar Liqasının qrup mərhələsində qələbə qazana bilməyən 5-ci İspaniya komandası olub. Buna qədər “Deportivo” (2004/05), “Atletiko” (2009/10), “Vilyarreal” (2011/12) və “Real Sosyedad” (2013/14) eyni nəticə ilə yadda qalıblar.

Bununla belə, matçda müsbət məqamlar da olub. Belə ki, qolu "Sevilya"nın mərkəz müdafiəçisi Serxio Ramos penaltidən vurub. Bu qol onun Çempionlar Liqasındakı 17-ci qoludur və onu müdafiəçilər arasında əsas avrokuboklarda qol rekordçusu edir. Jerar Pike və Roberto Karlos hərəyə 16 qol vurub. Ramos həm də Çempionlar Liqası matçında penalti vuran ən yaşlı oyunçu olub - 37 yaş 257 gün.