Tuhel Arauxoya zəng edərək, nə deyib?

Tuhel Arauxoya zəng edərək, nə deyib?

"Bavariya"nın baş məşqçisi Tomas Tuhel "Barselona"nın müdafiəçisi Ronald Arauxoya zəng edərək, onunla Münhen klubuna mümkün transfer olunmasını müzakirə edib. Bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Florian Plettenberq məlumat verib. "Cümə günü telefon danışığında Tuhel ona ilk növbədə mərkəz müdafiəçisi, bəzən də sağ cinah müdafiəçisi kimi oynamaq təklifini edib” - Plettenberq bildirib.

O, Tuhelin futbolçu ilə çox iddialı və motivasiyalı danışdığını qeyd edib. Futbolçu "Bavariya"dan imtina etməyib. Arauxo onun transferində olan klubların təkliflərini dəyərləndirdiyini diqqətə çatdırıb. "Bavariya" bu mübarizədə təslim olmaq fikrində deyil.