"Çelsi” nin qadınlardan ibarət komandası İngiltərə Superliqasının 9-cu turunda "Arsenal"la oyunundan sonra hücumçu Lauren Ceymsin irqçi təhqirlərə məruz qalıb. “Zadəganlar” bununla münasibət bildirərək, bəyanat yayıb. “Çelsi”də və ya icmalarımızın heç birində ayrı-seçkiliyə yer yoxdur. Biz müəyyən edə bildiyimiz hər bir şəxsə qarşı tədbir görəcəyik.
Biz sənin tərəfindəyik, Lauren”, – ingilis klubu X sosial şəbəkəsində (keçmiş Twitter) açıqlamasında yazıb.
Qeyd edək ki,görüş şənbə günü keçirilib. Qarşılaşma "Arsenal"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.