"Mançester Yunayted" 15 qolla “liderdir”

"Mançester Yunayted" 15 qolla “liderdir”

 

"Mançester Yunayted" Çempionlar Liqasında İngiltərə komandaları arasında antirekord vurub. İngiltərə təmsilçisi qrup mərhələsinin 6-cı turu çərçivəsində evdə "Bavariya"ya uduzub - 0:1. Bu buraxılmış qol “mankunianlılar” üçün cari Çempionlar Liqasında 15-ci qol olub. “Opta”nın məlumatına görə, bu, ingilis komandaları üçün antirekorddur, çünki əvvəllər Çempionlar Liqasının bütün tarixində heç bir Premyer Liqa klubu bir qrup mərhələsində 15 qol buraxmayıb.