“Kral klubu” nun qazandığı məbləğ açıqlanıb

“Kral klubu” nun qazandığı məbləğ açıqlanıb

 

Madrid “Real”ı Çempionlar Liqasında 42 milyon avro pul mükafatı qazanıb. “Kral klubu” bu məbləği qrup mərhələsinin altı oyununda, altı qələbə qazanaraq növbəti mərhələyə yüksəlməsi və turnirdə iştirak faktına görə alıb. Qrup mərhələsinin altı görüşündə qazandığı altı qələbəyə görə "Real" 16,8 milyon avro, 1/8 finala yüksəldiyi üçün 9,6 milyon avro, klubun cari turnirin püşkatmasında iştirak etdiyinə görə isə daha 15,6 milyon avro əldə edib.