Əliyar Ağayev növbəti dəfə Çempionlar Liqasının oyununu idarə edib

Əliyar Ağayev növbəti dəfə Çempionlar Liqasının oyununu idarə edib

Azərbaycanlı FIFA hakimi Əliyar Ağayev növbəti dəfə qitənin ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasının oyununu idarə edib.

O, Serbiyada “Srvena Zvezda” və İngiltərənin “Mançester Siti” klubları arasında keçirilən  oyunun baş hakimi olub.

36 yaşlı hakimə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib.

Qarşılaşmanın VAR hakimi Alper Ulusoy (Türkiyə), AVAR isə Abdulkadir Bitigen (Türkiyə) olub.

Əliyar Ağayev "Mançester Siti"nin 3:2 hesablı qələbəsi ilə başa çatan matçda dörd futbolçuya sarı vərəqə göstərib. Azərbaycanlı hakim meydan sahiblərindən Uroş Spayiç, Srcan Mixayloviç və Nasser Ciqanı, qonaqlardan isə Kelvin Filipsi sarı vərəqə ilə cəzalandırıb.