Ərəb komandalarından Lukaku üçün böyük məbləğdə təklif

Ərəb komandalarından Lukaku üçün böyük məbləğdə təklif

İtaliyanın “Roma” komandasının hücumçusu Romelu Lukaku ərəb komandalarının diqqət mərkəzinə düşüb. 30 yaşlı forvarda ərəb komandalarından birindən böyük maaşlı təklif gəlib. Oyunçu bu təkliflə razılaşıb. Belçikalır futbolçunun mövsüm sonunda “Roma” klubundan ayrılacağı gözlənilir.

Qeyd edək ki, ötən mövsümün sonunda İngiltərənin “Çelsi” komandasından ayrılan Lukaku bundan əvvəl “Əl-Hilal” klubunun böyük məbləğdə olan transfer təklifini rədd etmişdi. O, karyerasını Avropada davam etdirmək istədiyi üçün “Roma”nın təklif etdiyi qat-qat aşağı maaşa razılaşmışdı.