Qitənin ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulub. Təşkil olunan son 8 oyundan sonra pley-offa vəsiqə qazanan komandalarla yanaşı, mübarizəni Avropa Liqasında davam etdirəcək komandaların adlarına aydınlıq gəlib.
G və E qruplarında əvvəlcədən hər şey məlum olduğu üçün həmin qruplarda keçirilən oyunlar formal xarakter daşıyıb.
Əsas mübarizə isə heç şübhəsiz F qrupunda olub. Burada pley-offa vəsiqə üçün üç komandanın şansı qaldığından oyunların gərgin keçəcəyi əvvəlcədən məlum idi. Almaniyada "Borussiya" komandası doğma meydanda Fransanın PSJ klubu ilə qarşılaşıb. Oyun heç-heçə başa çatdığından Dortmund təmsilçisi ilə yanaşı, parislilər də pley-offa yüksəliblər. İtaliyanın “Milan” komandası isə üçüncü yerin sahibi kimi Avropa Liqasına yollanıb.
H qrupunda isə İspaniyanın “Barselona” komandası ilə yanaşı, Portuqaliyanın “Portu” komandası müvafiq olaraq, birinci, ikinci yerləri tutaraq, 1/8 finala vəsiqə qazanıb. Ukraynanın “Şaxtyor” (Donetsk) klubu isə yolunu Avropa Liqasında davam etdirəcək.
Beləliklə, qrup mərhələsinin oyunlarından sonra “Bavariya”, “Borussiya” (Dortmund), “Leyptsiq” (hamısı Almaniya), "Kopenhagen" (Danimarka), “Arsenal”, “Mançester Siti” (hər ikisi İngiltərə), PSV (Niderland), “Real Madrid”, “Barselona”, “Real Sosyedad”, “Atletiko” (hamısı İspaniya), "Napoli", “İnter”, “Latsio” (hər ikisi İtaliya), “Portu” (Portuqaliya) və PSJ (Fransa) komandaları 1/8 finala yüksəliblər.
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
13 dekabr
E qrupu
"Atletiko" (İspaniya) - "Latsio" (İtaliya) - 2:0
"Seltik" (Şotlandiya) - “Feyenoord” (Niderland) - 2:1
F qrupu
“Borussiya” (Dortmund, Almaniya) - PSJ (Fransa) - 1:1
“Nyukasl” (İngiltərə) - “Milan” (İtaliya) - 1:2
G qrupu
“Srvena Zvezda” (Serbiya) - “Mançester Siti” (İngiltərə) - 2:3
“Leyptsiq” (Almaniya) - Yanq Boyz” (İsveçrə) - 2:1
H qrupu
“Antverpen” (Belçika) - “Barselona” (İspaniya) - 3:2
“Portu” (Portuqaliya) - “Şaxtyor” (Donetsk, Ukrayna) - 5:3