Cüdoçular ölkə çempionatında bir araya gələcəklər

Cüdoçular ölkə çempionatında bir araya gələcəklər

Dekabrın 15-də Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatına start veriləcək. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarışda ümumilikdə 14 çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gələcək. Yarışda Bakı və Sumqayıtla yanaşı, regionları da təmsil edən 65 müxtəlif klub, cəmiyyət, eləcə də idman təşkilatından 351 cüdoçu medallar uğrunda qüvvəsini sınayacaq. Qadınlar 48 kq, 52 kq, 57 kq, 63 kq, 70 kq, 78 kq və +78 kq, kişilər isə 60 kq, 66 kq, 73 kq, 81 kq, 90 kq, 100 kq və +100 kq çəki dərəcələrində qüvvələrini sınayacaqlar.

Ölkə çempionatına dekabrın 17-də yekun vurulacaq.

 

Cüdoçular ölkə çempionatında bir araya gələcəklər