Qaşım Maqomedov: “Azərbaycana Olimpiya lisenziyası qazandırdığıma görə çıxışımdan razı qaldım”

Qaşım Maqomedov: “Azərbaycana Olimpiya lisenziyası qazandırdığıma görə çıxışımdan razı qaldım”

“Azərbaycana Olimpiya lisenziyası qazandırdığıma görə çıxışımdan razı qaldım”.

Bu sözləri Çinin Usi şəhərində keçirilmiş Böyük Dəbilqənin təsnifat və Çempionlar mərhələsində iki qızıl və Olimpiya lisenziyası qazanan Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

Taekvondoçumuz müsahibəsində cari idman ilinin onun üçün çətin keçdiyini bildirib: “Yarışda hər şey istədiyim kimi alındı. Əldə etdiyim nəticə məni qane edir. Şadam ki, Böyük Dəbilqədə qızıl medal qazanan ilk azərbaycanlı taekvondoçu kimi tarixə düşdüm. Öz işimi gördüm və məndən tələb olunanı etdim. Bizə hər zaman dəstək olan federasiya rəhbərliyinə, məşqçilərimə minnətdarlığımı bildirirəm.