Orta çəkidə UFC çempionu Şon Striklend sosial şəbəkədə onun ciu-citsu qara kəmərini sibil qutusuna atdığını göstərən yeni video yayımlayıb. "Mən bu əski parçasına 10 ildən çoxdur ki, sahib olmaq istəyirdim " - deyə Striklend yazıb. Yayılan məlumatlara görə o, uzun müddətdir ki, psixoloji sarsıntılar keçirir.
Məlumat üçün bildirək ki, Striklend sentyabr ayında UFC-293-də yeni zelandiyalı İsrael Adesanyaya qalib gələrək, bu titula sahib olmuşdu. Onu qarşıda Drikus du Plessislə görüş gözləyir.