Sabah kişi voleybolçular arasında Azərbaycan çempionatında VIII turun ilk oyunlarına start veriləcək. Turun ilk oyununda “Neftçi” və MOİK komandaları qarşılaşacaq. “Murov Az Terminal”ın idman zalında keçiriləcək oyun saat 16:00-da başlayacaq.
Bu oyundan sonra isə saat 18:00-da “Murov Az Terminal” və “Azərreyl” komandaları üz-üzə gələcək. Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, hazırda “Xarı Bülbül" (Şuşa) 16 xalla turnir cədvəlinə başçılıq edir. “Azərreyl” 14, “Murov Az Terminal” 13 xalla lideri izləyirlər. Dördüncü pillədəki “Neftçi”nin hesabında 10 xal var. “Xarı Bülbül" (Laçın) 4 xalla beşincidir, sonuncu sırada olan MOİK hələ xal qazana bilməyib.