Gənclər və idman naziri Azad Rəhimov noyabrın 22-də İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa Olimpiya Komitəsinin (AOK) 42-ci Baş Assambleyasında iştirak edəcək. Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən olimpnews.az saytına daxil olan məlumata görə, tədbirdə AOK-un prezidenti və baş katibinin son 1 ildə görülmüş işlərlə bağlı hesabatları dinləniləcək və qarşıda duran vəzifələr müzakirə olunacaq.
23 noyabr tarixinədək davam edəcək tədbirdə Bakıda 2015-ci ildə keçiriləcək 1-ci Avropa Oyunlarına hazırlıqla bağlı görülən işlər haqqında AOK Əlaqələndirmə Komissiyasının və Bakı Avropa Oyunlarının Əməliyyat Şirkətinin hesabatları dinləniləcək.
Baş Assambleyada həm də 2013-2017-ci illər üçün İcraiyyə Komitəsinin yeni tərkibi seçiləcək.