Sumqayıt şəhərindəki Paralimpiya İdman Kompleksində "Sağlam gəncliklə xoşbəxt gələcəyə doğru" devizi altında sayokan milli döyüş sənəti üzrə respublika turnirinin açılış mərasimi keçirilib.
Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzi tərəfindən təşkil olunan turnirdə Bakının Suraxanı, Sabunçu, Nərimanov, Binəqədi, Yasamal rayonlarının, həmçinin Sumqayıt, Şəki, Qazax, Neftçala, Tərtər, Mingəçevir, Bərdə, Xaçmaz, Beyləqan, Qubadlı, Şuşa, Ağcabədi, Fizuli, Ağdam və Yevlaxın komandaları iştirak ediblər. Komandalar istənilən say tərkibində təmsil olunmaqla sayokan döyüş sənətinin alaqan və baturalp döyüş sistemlərində mübarizə aparıblar. Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin prezidenti Vasif Namazov bildirib ki, turnirin "Sağlam gəncliklə xoşbəxt gələcəyə doğru" devizi altında keçirilməsinin məqsədi türk xalqlarının bu döyüş sənətinin respublika ərazisində inkişafına nail olmaqdır.