Qarışıq döyüş növləri üzrə amerikalı idmançı Kayla Harrison UFC ilə müqavilə imzalayıb. Cüdo üzrə ikiqat Olimpiya çempionu (London-2012, Rio-2016) yarışlarda ağır çəki dərəcəsində mübarizə aparacaq. Bu barədə promoşunun prezidenti Dana Uayt sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilir ki, Harrisonun ilk rəqibi Holli Holm olacaq. Döyüşün aprel ayında, UFC 300 yubiley turniri çərçivəsində keçiriləcəyi qeyd olunur.
Məlumat üçün bildirək ki, 33 yaşlı Kayla qarışıq döyüş növlərində karyerası ərzində 17 döyüşdə iştirak edib. Bu döyüşlərdə 16 qələbə (6 nokaut) qazanıb, cəmi bir məğlubiyyətlə üzləşib. Onun rəqibi 42 yaşlı H.Holmun isə aktivində 15 qələbə (səkkiz nokautla) və 6 məğlubiyyəti var.