Azərbaycan Taekvondo Federasiyasının (ATF) rəhbərliyi "Ümid" Taekvondo Klubunda görüş keçirib.
Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ATF-in vitse-prezidenti Hikmət Səmədov, baş katib Rüstəm Bağırlı, İdarə Heyətinin üzvü Vüqar Məmmədov, Nəzarət Təftiş Komitəsinin sədri Anar Surxayzadə, klubun baş məşqçisi İlkin Şahbazov, idmançılar və onların valideynləri iştirak ediblər.
ATF rəsmiləri fikir mübadiləsi apardıqdan sonra məşq prosesini izləyiblər. Bildirilib ki, Azərbaycan taekvondosunun inkişafı, gələcək uğurların təməli məhz aşağı yaş qruplarında qoyulur.
Rəhbərlik daha sonra idman zalına baxış keçirib, buradakı şəraitlə tanış olub.
Sonda taekvondoçulara uğurlar arzulanıb və xatirə şəkili çəkdirilib.