Basketbol Liqası: "Xırdalan" Xaçmazdan qələbə ilə qayıdır

Basketbol Liqası: "Xırdalan" Xaçmazdan qələbə ilə qayıdır

Azərbaycan Basketbol Liqasında XIV turun oyunlarına yekun vurulub.

Son oyun günündə “NTD-İndiqo” və “Xırdalan” komandaları üz-üzə gəlib. Xaçmaz Olimpiya İdman Kompleksində təşkil olunan oyun paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb -84:77.

Bu nəticələrdən sonra turnir cədvəlinə 26 xalla “Xəzri” komandası başçılıq edir. “Sabah” 25 xalla 2-ci, “NTD-İndiqo” 24 xalla 3-cü, eyni xala malik “Neftçi” isə dördüncü pillədə qərarlaşıb.