Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş turnir keçirilib

Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş turnir keçirilib


Mərkəzi Ordu İdman Klubunun idman salonunda Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağırlıqqaldırma üzrə Bakı şəhər XIII açıq turniri keçirilib.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunan yarışda 48 atlet birincilik uğrunda yarışıb. İdmançılar 56 kq, 62 kq, 69 kq, 77 kq, 85 kq, 94 kq, 105 kq, +105 kq çəki dərəcələrində mübarizə aparıblar. Gərgin mübarizə şəraitində keçən yarışda Allahyar Abişov (56 kq, "Təhsil” RİM), Orxan Həsənli (62 kq, "Zirvə” İK), Emil Bağırov (69 kq, "Zirvə” İK), Səlcuk Osmanlı (77 kq, "Zirvə” İK), Həmid Qocayev (85 kq, Spartak İC), Yusif Nurməmmədli (94 kq, 8 saylı İOEUGİM), Ağazaman Əliyev (105 kq, 8 saylı İOEUGİM) və Əşrəf Gülmalıyev (+105 kq, "Təhsil” RİM) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. İlk üç yeri tutan idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.