İdman gimnastlarımız Dünya kuboklarında mübarizə aparacaqlar

İdman gimnastlarımız Dünya kuboklarında mübarizə aparacaqlar

İdman gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Dünya kuboklarında mübarizə aparacaqlar.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Nikita Simonov, İvan Tixonov, Rəsul Əhmədzadə, Mənsum Səfərov kişilər, Nazənin Teymurova isə qadınlar arasında çıxış edəcəklər.

Dünya Kubokları Misirin paytaxtı Qahirədə və Almaniyanın Kotbus şəhərində keçiriləcək.

Turnirlər müvafiq olaraq fevralın 15-18-da və 22-25-də təşkil olunacaq.