“Zadəganlar”ı il yarımdan sonra sevindirdi

“Zadəganlar”ı il yarımdan sonra sevindirdi

Londonun "Çelsi" klubunun sol cinah müdafiəçisi Mark Kukurella İngiltərə kubokunun 1/4 final matçında qol vurub. Müdafiəçi 13-cü dəqiqədə hücumçu Nikolas Ceksonun ötürdüyü topu boş qapıdan keçirib. Beləliklə, vurulan qol ispaniyalı futbolçu üçün London komandasının heyətində vurduğu ilk qol olub. Kukurella sonuncu dəfə 2022-ci ilin avqustunda 65,3 milyon avroya "Brayton"dan "Çelsi"yə keçib. Bu mövsüm müdafiəçi "Çelsi”nin heyətində bütün turnirlərdə 15 oyun keçirib və bir qol vurub. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 25 milyon avrodur.