Martın 24-nə keçən gecə Veqasda keçirilən turnirdə UFC-də debüt edən braziliyalı UFC döyüşçüsü Andre Lima “Gecənin dişləməsi”nə görə 50 min dollar mükafat alıb. Xatırladaq ki, Lima həmyerlisi İqor da Silva ilə qarşılaşıb. Mübarizə davam etdikcə da Silva ikinci raundda rəqibinin əlini dişləyib. Buna görədə diskvalifikasiya edilib. Döyüşdən sonra Lima həmin nahiyəyə “dişləmə” döyməsi etdirib.
Dişləyərək 50 min dollar aldı