Qalibləri mükafatlandırılıblar

Qalibləri mükafatlandırılıblar

Yevlaxın Aran I qəsəbəsindəki M. Pənahov adına 1 nömrəli orta məktəbin idman zalında çoxmübarizəli idman döyüş növləri üzrə açıq şəhər birinciliyi keçirilib. Qazax, Göyçay, İsmayıllı, Ucar və Yevlax şəhər komandalarının iştirakı ilə keçirilən yarışda 17 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib. Sonda qaliblər Yevlax Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.