Keçmiş UFC çempionu Konor Makqreqor UFC rəhbərliyinin niyə liqa döyüşçülərinə kiçik qonorar ödədiyini izah edib. “UFC hər bir döyüşçünün karyerasında əsas platformadır. UFC-də çıxış nüfuzludur, ona görə də aşağı məbləğlə razılaşmalısan. Bu UFC markasının dəyəridir, onun çox böyük çəkisi var. Bu mexanizm mənim üçün əla işlədi. Məhz UFC ilə yüksək uğur qazanıb, tanındım”, - deyə “Irish Mirror” Konor Makqreqorun sözlərindən sitat gətirib.
Xatırladaq ki, Konor Makqreqor UFC 264 turnirində sonuncu dəfə Dastin Puarye ilə döyüşüb, texniki nokautla uduzub.