Honqkonqda 3x3 basketbol üzrə Paris-2024 Olimpiadasına vəsiqə verən ilk təsnifat mərhələsinin növbəti qrup oyunları keçirilir. "B" qrupunda yer alan 3x3 qadın millimiz
ikinci oyununda Monqolustan seçməsi ilə qarşılaşıb. Komandamız oyunda 13:12 hesabı ilə qalib gələrək, yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, 3x3 qadın millimizin qrupda sonuncu oyunu bu gün saat 13:45-də Niderland seçməsinə qarşı olacaq.
Millimiz Olimpiya təsnifat mərhələsinin yarımfinalına vəsiqə qazandı
![Millimiz Olimpiya təsnifat mərhələsinin yarımfinalına vəsiqə qazandı](https://olimpnews.az/uploads/img/posts/2024/04/13/IMG-20240413-WA0002jpg-1712999002.jpg)