Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu - XVIII turuna start verilib.
Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, günün yeganə matçında "Sabah" və "Xəzri" komandaları üz-üzə gəlib.
“Sərhədçi” İdman Mərkəzində təşkil olunan oyun "Sabah"ın qələbəsi ilə yekunlaşıb - 77:65.
Qələbə sayəsində xallarının sayını 33-ə çatdıran "Sabah" müntəzəm mövsümü birinci pillədə başa vuracaq. "Xəzri" 31 xalla ikincidir.
Qeyd edək ki, turun digər qarşılaşmaları aprelin 25-28-də təşkil olunacaq.