Basketbol üzrə Azərbaycan çempionatında XVIII turun növbəti oyunu keçirilib. Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, günün yeganə oyununda "Xırdalan" və "Cəlilabad" komandaları üz-üzə gəlib. "Sərhədçi" İdman Mərkəzində təşkil olunan qarşılaşma birincilərin qələbəsi ilə yekunlaşıb - 90:84.
Bununla da "Xırdalan" müntəzəm mövsümdəki son oyununda qalib gəlib.
Turun açılış matçında ötən gün "Sabah" "Xəzri"ni 77:65 hesabı ilə məğlub edərək müntəzəm mövsümü çempion olaraq başa vurub.
Qeyd edək ki, turun digər görüşləri 26, 27 və 28 apreldə keçiriləcək.