Basketbol Liqasında müntəzəm mövsüm başa çatdı

Basketbol Liqasında müntəzəm mövsüm başa çatdı

Aprelin 28-də Azərbaycan Basketbol Liqasının (ABL) müntəzəm mövsümünün son oyunu keçirilib.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, çempionatın favoritlərindən sayılan NTD-İNDİQO autsayder “Şəki” klubu ilə qarşılaşıb. Xaçmaz Olimpiya İdman Kompleksində təşkil olunan oyun NTD-İNDİQO-nun qələbəsi ilə başa çatıb -85:70. Bu qələbə ilə müntəzəm çempionatı ikinci sırada tamamlayan Xaçmaz təmsilçisi pley-offun yarımfinalına vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında (ABL) pley-offun 1/4 final oyunları (“Xəzri” - “Sərhədçi”, “Xırdalan” - “Neftçi”) may ayından start götürəcək.