Əfsanəvi boksçu Mayk Taysonla məşhur bloger Ceyk Pol arasında döyüşün təşkilatçıları qarşıdan gələn döyüş üçün qaydaları açıqlayıblar. Məlumat DAZN saytında yer alıb. Belə ki, super ağır çəki dərəcəsində iki dəqiqədən ibarət 8 raundluq döyüşdə nokautlara icazə veriləcək. Tərəflər döyüşə dəbilqəsiz çıxacaqlar. Qeydə alınan nəticələr boksçuların peşəkar rekorduna əlavə olunacaq. Qeyd edək ki, 57 yaşlı Tayson və 27 yaşlı Pol iyulun 20-də Arlinqtonda (ABŞ) rinqdə qarşılaşacaqlar.