Basketbol Liqası: "Sərhədçi" seriyada ümumi hesabı bərabərləşdirdi

Basketbol Liqası: "Sərhədçi" seriyada ümumi hesabı bərabərləşdirdi

Mayın 3-də "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) növbəti pley-off oyunu keçirilib.
Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, pley-offun 1/4 final mərhələsində, "Sərhədçi" və "Xəzri" komandaları arasında seriyanın ikinci oyunu çox maraqlı alınıb. Oyunun əvvələrindən üstünlüyü ələ keçirmiş "Sərhədçi" 71:64 hesablı qələbə qazanıb. Bu qələbə ilə "Sərhədçi" seriyada ümumi hesabı (1:1) bərabərləşdirib. 
Qeyd edək ki, bu komandalar arasında seriyanın 3-cü oyunu mayın 5-də saat 19:30-da keçiriləcək.