Basketbol Liqasında ilk finalçının adına aydınlıq gəldi

Basketbol Liqasında ilk finalçının adına aydınlıq gəldi

Mayın 10-da "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) növbəti yarımfinal oyunu keçirilib. 

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, pley-offun yarımfinal mərhələsində, "Xırdalan" və "Sabah" komandaları seriyanın ikinci oyununa çıxıb. Oyunun əvvələrindən bərabər şəkildə davam edən mübarizə yekunda "Sabah" klubunun 81:62 hesablı qələbəsi ilə yekunlaşıb. "Sabah" bu qələbə sayəsində seriyada 2:0 hesablı qalibiyyət əldə edərək finala yüksəlib.