«Baku Fires» «Mexico Guerreros»in qonağı olub

«Baku Fires» «Mexico Guerreros»in qonağı olub


Ümumdünya Boks Seriyasının (WSB) 9-cu turun matçında Azərbaycanın «Baku Fires» klubu Meksikada yerli «Mexico Guerreros» komandasının qonağı olub. Azərbaycan klubu artıq pley-off mərhələsində yerini təmin etdiyindən baş məşqçi Nuripaşa Talibov Meksikaya əsas heyəti aparmayıb. Komandamızn digər boksçuları həmin vaxt Polşada yerli klubla növbəti görüşə və 1/4 final qarşılaşmasına hazırlaşıblar.Matç Mexico Guerreros klubunun 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Döyüşlərin nəticələri:

Mexico Guerreros - Baku Fires

54 kq. Elias Emigido (Meksika) - Orzubek Şaimov (Özbəkistan) - 49:45, 49:45, 48:46.

61 kq. Fernando Dias (Meksika) - İsa İsayev (Azərbaycan) - 44:47, 46:46, 46:45.

73 kq. Marvin Kabrera (Meksika) - Məhəmməd Nuruddinov (Belarus) - 48:47, 47:48, 49:46.

85 kq. İsaak Qutierrez (Meksika) - İaqo Kiziria (Gürcüstan) - 48:46, 47:47, 48:46

+91 kq. Gerardo Bisbal Melero (Puerto-Riko) - Üzeypat İsmayılov (Azərbaycan) - 49:45, 49:45, 50:44.

"A” qrupunun digər görüşündə Argentina Condors doğma divarlar arasında Rusiya komandasını 4:1 hesabı ilə məğlub edib. 
Turnir cədvəli:

1. Baku Fires -24 xal (9 matç)

2. Mexico Guerreros - 19 (9)

3. Poland Hussars - 12 (7)

4. Argentina Condors - 9 (8)

5. Desert Hawks - 6 (8)

6. Rusiya - 4 (7)

B qrupunda German Eagles British Lionhearts-ı 5:0 hesabı ilə məğlub edib. İtaliya klubu doğma rinqdə Astana Arlansdan üstün olub - 4:1.

B qrupunda Astana Arlans 21 xalla vahid liderdir. İtaliya klubu 19 xalla 2-ci, Britaniya komandası isə 15 xalla 3-cü pillədədir. Ukrayna komandası 14 xal yığaraq, 4-cü yeri tutur.
«Baku Fires» növbəti görüşünü martın 3-də səfərdə Poland Hussars komandasına qarşı keçirəcək.