Qadın həndbolçulardan ibarət Azərbaycan millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Açıq Çempionatında ilk oyununu keçirib.
Yığmamız yerli OKMK klubu ilə qarşılaşıb. Görüş millimizin 30:28 hesablı qələbəsi ilə yekunlaşıb.
A qrupunda mübarizə aparan Azərbaycan yığması növbəti matçlarda Qazaxıstanın “Almata Region” və Özbəkistanın ROPSTTM kollektivləri ilə qarşılaşacaq.
Qeyd edək ki, 9 komandanın mübarizə apardığı turnir mayın 21-də başa çatacaq.