Basketbol Liqası: "Sabah" final seriyasında önə keçdi

Basketbol Liqası: "Sabah" final seriyasında önə keçdi

Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü oyunu keçirilib. "Sərhədçi" İdman Mərkəzində təşkil olunan oyunda “Sabah” və “Xəzri” klubları qarşılaşıb. Maraqlı mübarizə şəraitində keçən oyun "Sabah"ın 75:59 hesablı qələbəsi ilə yekunlaşıb. "Sabah" bu qələbə ilə final seriyasında önə keçib -2:1.

Xatırladaq ki, final seriyasının ilk iki oyununda tərəflər hərəyə bir qələbə qazanmışdı. 

Final seriyasında üç qələbə qazanan komanda liqanın qalibi olacaq.