“Strandja” turnirindən 4 medal

“Strandja” turnirindən 4 medal


Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə kecirilən yarışda məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında iştirak edən 5 idmançimizdan 4-ü 2 gümüş və 2 bürünc medal qazanıb. Elvin İsayev (64 kq) və Münasib Məmmədov (49 kq) isə yarımfinal döyüşlərini qələbə ilə başa vurublar. İsayev Belaruslu Rüstəm Adineyevdən üstün olub - 20:23. Məmmədov isə finala gedən yolda Bolqarıstan boksçusu Tinko Banabakovu üstələyib - 12:8.
Təəssüf ki, hər iki boksçumuz finalda qələbəni əldən veriblər. Komandamızın ən gənc boksçusu olan Münasib Məmmədov həlledici döyüşdə (8:10) qazaxıstanlı Temirtas Jussupova uduzub. Elvin İsayev isə Rusiya idmançısı Rəcəb Butayevlə görüşdən məğlub ayrılıb - 5:9.
56 kq çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev yarımfinalda 2007-ci ilin dünya çempionu rusiyalı Sergey Vodopyanova məğlub olub - 7:13. Beləliklə, Çələbiyev Bolqarıstan turnirində 3-cü yerə layiq görülüb. Əbdürrəhman Şirinov da (52 kq) turniri 3-cü yerdə tamamlayıb. Həmyerlimiz yarımfinalda bərabər mübarizə şəraitində keçən görüşdə Özbəkistan təmsilçisi Olim Husanboyevə uduzub. Qarşılaşmanın taleyini 1 zərbə həll edib - 20:21.