Atıclarımız lisenziya yarışında iştirak edəcəklər

Atıclarımız lisenziya yarışında iştirak edəcəklər

Almaniyanın Münhen şəhərində keçiriləcək Dünya Kubokunda Azərbaycanı təmsil edəcək güllə atıcıları müəyyənləşib.

Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, mayın 31-dən iyunun 8-dək baş tutacaq yarışda Nigar Nəsirova və Ruslan Lunyov mübarizə aparacaq.

Qeyd edək ki, bu yarış Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edə bilməyən idmançılar üçün dünya reytinq xalını qazanmaq baxımından son beynəlxalq turnirdir. İyunun 9-dək dünya reytinqinə əsasən hər bir kateqoriya üzrə sonuncu Olimpiya lisenziyalarının sahibləri müəyyənləşəcək.