Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində finala yüksəlib.
97 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda qazaxıstanlı Rızabek Aitmuxanla qarşılaşıb. Rəqibinə 15:7 hesabı ilə qalib gələn M.Maqomedov adını finala yazdırıb.
O, qızıl medal uğrunda görüşdə Qazaxıstanın digər təmsilçisi Alışer Yerqalı ilə üz-üzə gələcək.
Əliabbas Rzazadə (57 kiloqram) və Hacı Əliyev (65 kiloqram) yarımfinalda, Giorgi Meşvildişvili (125 kiloqram) isə 1/4 finalda mübarizəni dayandırıb.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 9-dək davam edəcək reytinq turnirində 14 güləşçi ilə təmsil olunur.