Bu il üçün güləş üzrə Avropa çempionatları mövsümü başa çatıb.
Azərbaycan pəhləvanları müxtəlif yaş kateqoriyaları üzrə keçirilmiş 4 qitə birinciliyində ümumilikdə 80 medal əldə ediblər.
İdmançılar ölkəmizə 19 qızıl, 24 gümüş və 37 bürünc mükafat qazandırıblar.
Yığmalar isə komanda hesabında ümumilikdə 7 dəfə Avropa çempionu olublar.