Paris-2024: Cüdoçumuz yarımfinala vəsiqə qazandı

Paris-2024: Cüdoçumuz yarımfinala vəsiqə qazandı

Azərbaycan komandasının üzvü, dünya və Avropa çempionu Hidayət Heydərov (73 kq) Paris-2024 Yay Olimpiya Oyunlarda 1/4 final görüşünə çıxıb.

Cüdoçumuz yarımfinala vəsiqə uğrunda qarşılaşmada kanadalı Artur Margelidon ilə üz-üzə gəlib.

Görüşü qələbə ilə başa vuran dünya çempionumuz yarımfinala vəsiqə qazanıb.

Xatırladaq ki, cüdoçumuz 1/8 final mərhələsində Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı israilli Tohar Bitbula qalib gəlmişdi.