Bu gün Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində cüdo yarışlarının dördüncü gününə start verilib.
Komandamızın üzvü Zelim Tçkayev də tatami üzərinə çıxıb.
-81 kq çəki dərəcəsində yer alan idmançımız mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Cüdoçumuz ilk görüşdə fransalı Umar Alfa Dyaloya məğlub olaraq mübarizəni dayandırıb.
Avqustun 2-dək davam edəcək cüdo yarışlarında daha üç idmançımız tatami üzərinə çıxacaq.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edən komandamızın aktivində hələlik bir qızıl medal var. Komandamıza yeganə medalı -73 kq çəki dərəcəsində qüvvəsini sınayan Hidayət Heydərov qazandırıb.
Cüdoçumuz Paris-2024-də mübarizəni dayandırdı